BAKI, 15 oktyabr. TELEQRAF
İran Prezidenti Məsud Pezeşkian oktyabrın 16-da Ermənistana qısamüddətli səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib.
İran Prezidenti İrəvanda BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflərinin 17-ci Konfransında (CBD COP17) iştirak edəcək.
Sammit çərçivəsində bir sıra ölkələrin liderləri ilə danışıqlar və fikir mübadiləsi də nəzərdə tutulub.