BAKI, 15 oktyabr. TELEQRAF

Azərbaycan AQEM-ə sədrliyinin müddətinin uzadılmasına göstərilən dəstəyə görə üzv dövlətlərə təşəkkür edib.

Teleqraf xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, üzv dövlətlərin Azərbaycanın sədrliyinin müddətinin uzadılmasını yekdilliklə dəstəkləməsi ölkəyə göstərilən etimadın göstəricisidir.

Ceyhun Bayramov Azərbaycanın konsensusun əldə olunması və etimadın gücləndirilməsi yolu ilə AQEM prosesini irəli aparmağa, eləcə də ölkələr arasında körpü rolunu oynamağa davam edəcəyini vurğulayıb.