BAKI, 15 oktyabr. TELEQRAF
Misir müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləyir.
Teleqraf xəbər verir ki, bunu Misir xarici işlər nazirinin beynəlxalq əməkdaşlıq və xaricdə yaşayan misirlilərin işləri üzrə müavini Məhəmməd Əbu Bəkr bu gün Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə bildirib.
O, beynəlxalq hüquqa riayət olunmasının vacibliyini vurğulayıb.
Məhəmməd Əbu Bəkr Asiya və Afrika arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini də vurğulayıb.