BAKI, 14 avqust. TELEQRAF
Tacikistan Əfqanıstanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin Darvaz rayonu ilə həmsərhəd ərazisində yerli sakinin ölümü ilə nəticələnən silahlı münaqişə ilə bağlı Əfqanıstana etiraz edib.
Teleqraf xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, Bədəxşanda baş verən son silahlı münaqişələr Tacikistanın sərhəd bölgələrində təhlükəsizliyə təhdid yaradıb və beynəlxalq hüququ pozub:
“Tacikistanın hava məkanının pozulması, yaşayış binalarına dəyən ziyan və xüsusilə də Tacikistanın Darvaz rayonunda bir mülki şəxsin ölümü ilə əlaqədar Əfqanıstan tərəfinə etiraz notası göndərilib”.
Xarici İşlər Nazirliyi vurğulayıb ki, sərt etiraz bildirməklə yanaşı, Tacikistan Əfqanıstan tərəfindən məsələyə ciddi yanaşmağı, Tacikistanın dövlət sərhədinin toxunulmazlığına hörmət etməyi və bu cür hadisələrin təkrarlanmasının qarşısını almaq üçün təsirli tədbirlər görməyi tələb edib.