BAKI, 7 avqust. TELEQRAF
ABŞ səfiri Lesli Viqeri Qırğızıstan Dövlət Sərhəd Xidmətinə 19 dəst gecəgörmə cihazı və termal görüntüləmə avadanlığı, 2 ədəd MX-908 portativ detektoru təqdim edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Qırğızıstandakı səfirliyi məlumat yayıb.
Avadanlıqlar Lesli Viqerinin Dövlət Sərhəd Xidmətinin rəisi Abdikarim Alimbayev ilə görüşü zamanı təhvil verilib. Tərəflər təhlükəsizlik sahəsində qarşılıqlı prioritetləri müzakirə ediblər.
Açıqlamada vurğulanıb ki, Qırğızıstan Dövlət Sərhəd Xidməti ABŞ-nin ümumi təhlükəsizlik məsələlərinin həllində əsas tərəfdaşlarından biri olaraq qalır.