BAKI, 4 iyul. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident Donald Trampı Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin 250 illiyi münasibətilə təbrik edib.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Qazaxıstan lideri Amerika xalqının azadlıq, bərabərlik və ədalət prinsiplərinə sadiqliyini nümayiş etdirən bu əlamətdar günün xüsusi tarixi əhəmiyyətinə diqqət çəkib. Kaşım-Jomart Tokayev həmçinin Donald Trampın Qazaxıstan-ABŞ münasibətlərinin dinamik inkişafına verdiyi töhfəni qeyd edərək, genişləndirilmiş strateji tərəfdaşlığı daha da gücləndirməyə hazır olduğunu təsdiqləyib.
Qazaxıstan Prezidenti həmkarına məsuliyyətli dövlət xidmətində uğurlar, dost Amerika xalqına isə firavanlıq arzulayıb.