BAKI, 23 oktyabr. TELEQRAF
Bu gün oktyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.
Bu barədə Teleqraf-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu da müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişini həyata keçirib.
Beləliklə, bu ayın bütün sosial ödənişləri başa çatdırılıb.