BAKI, 19 iyun. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilk dəfə ölkəsində səfərdə olan Monteneqro Prezidenti Yakov Milatoviçlə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyası məlumat yayıb.
Astanda baş tutan görüşdə liderlər ikitərəfli məsələlər və regional hadisələr barədə fikir mübadiləsi aparıblar.
Transxəzər beynəlxalq nəqliyyat marşrutu da Qazaxıstan və Monteneqro prezidentilərinin gündəmində olub. Tokayev və Milatoviç Qazaxıstanın Transxəzər marşrutunun inkişafındakı əsas rolunu vurğulayaraq, onun Asiya ilə Avropanı birləşdirən etibarlı və səmərəli dəhliz kimi artan əhəmiyyətini təsdiqləyib.