BAKI, 10 aprel. TELEQRAF

Qazaxıstanın yeni birpalatalı parlamentinə seçkilər bu ilin avqust ayında keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev məlumat verib.

“Dövlət başçısı kimi, ölkəmiz üçün əhəmiyyətli hadisələr barədə əvvəlcədən məlumat verməyi çox vacib hesab edirəm. Yeni Konstitusiya qüvvəyə mindiyi andan etibarən birpalatalı parlament seçkilərinin keçirilməsi haqqında fərman imzalayacağam. Seçkilər bu ilin avqust ayında keçiriləcək. Bunu indidən deyirəm. Çünki partiyaların planlarını dəqiqləşdirmək və seçki kampaniyasına hazırlaşmaq üçün kifayət qədər vaxtı olmalıdır. Beləliklə, partiyalara seçicilərlə müvafiq iş aparmaq üçün təxminən beş ay vaxt veriləcək. Bu seçkilər Qazaxıstanın bütün siyasi sisteminin hərtərəfli yenidən qurulması üçün yol açacaq. Həyata keçirdiyimiz siyasi-iqtisadi islahatlar ictimai şüurda müsbət dəyişikliyə töhfə verməlidir. Bunun əhəmiyyəti barədə dəfələrlə danışmışam”,- dövlət başçısı bildirib.