BAKI, 25 mart. TELEQRAF

Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov və Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, bu barədə sosial mediada Özbəkistan XİN başçısı məlumat verib.

“Genişlənməkdə olan ikitərəfli və regional əməkdaşlığımızın prioritet istiqamətlərini müzakirə etdik, ali səviyyədə əldə olunmuş razılaşmaların icrasını təmin etmək üçün praktiki mexanizmləri nəzərdən keçirdik, həmçinin gələcək birgə tədbirlər barədə fikir mübadiləsi apardıq.

Yaxın Şərqdəki vəziyyətə toxunaraq, mövcud məsələlərin yalnız dialoq və diplomatik yollarla həll edilməsinin zəruriliyini vurğuladıq.

Strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi və onun potensialından tam istifadə edilməsi üçün birgə səylərin gücləndirilməsi barədə razılığa gəldik”, - Saidov qeyd edib.