BAKI, 17 mart. TELEQRAF

Ukrayna Silahlı Qüvvələri 2025-ci ildə Rusiyanın infrastrukturuna hücumları əhəmiyyətli dərəcədə artırıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.

Rusiya rəsmisinin sözlərinə görə, bu cür zərbələrin sayı təxminən dörd dəfə artıb.

Sergey Şoyqu bildirib ki, son bir ildə müxtəlif obyektlərə 23 mindən çox hava hücumu həyata keçirilib. O qeyd edib ki, vəziyyət, xüsusən də vacib infrastrukturun qorunması sahəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb edir.

Şoyqu əlavə edib ki, Prezident Vladimir Putin bu məsələni xüsusi diqqətdə saxlayır.