BAKI, 17 mart. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev respublikanın yeni Konstitusiyası və onun tətbiqi tədbirləri haqqında fərman imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə yeni Konstitusiyanın qəbul edilməsinə həsr olunmuş tədbirdən sonra Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

“Dövlət başçısı Kasım-Jomart Tokayev Qazaxıstan Respublikasının Konstitusiyasını imzalayıb və 2026-cı il martın 15-də qəbul edilmiş Konstitusiyanın həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında fərman verib”, - məlumatda qeyd edilib.

Prezidentin fərmanına əsasən, Qazaxıstanın hazırkı 1995-ci il Konstitusiyasının orijinalı arxivləşdiriləcək, yenisi isə dövlət başçısında saxlanılacaq.