BAKI, 16 mart. TELEQRAF

Qazaxıstanın Düşənbədəki səfiri Uəlixan Torexanov Tacikistan Ticarət və Sənaye Palatasının sədri Farxodşox Rahmonalizoda ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

Görüşdə tərəflər iqtisadiyyat, ticarət və investisiya sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər, eləcə də iki ölkənin biznes missiyalarının təşkili, beynəlxalq sərgilərdə fəal iştirak və işgüzar dairələr arasında birbaşa əlaqələrin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edilib ki, Qazaxıstan və Tacikistan arasında ticarət dövriyyəsi 2025-ci ildə 1,19 milyard dollar təşkil edib. İki ölkənin müvafiq strukturlarının və biznes icmalarının birgə səyləri ilə ikitərəfli ticari-iqtisadi əməkdaşlığın 2 milyard dollara çatdırılması üçün geniş perspektivlər var.

Görüşün sonunda tərəflər ticari-iqtisadi sahədə Qazaxıstan-Tacikistan əlaqələrinin gücləndirilməsində səmərəli əməkdaşlığa hazır olduqlarını bildiriblər.