BAKI, 11 mart. TELEQRAF

Qazaxıstan bu il təxminən 96-98 milyon ton neft-qaz kondensatı hasil etməyi planlaşdırır. Bu rəqəm əvvəl nəzərdə tutulan 100,5 milyon ton planından aşağıdır.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin energetika naziri Yerlan Akkenjenov məlumat verib.

Nazirin sözlərinə görə, hasilatın azalmasına bir neçə hadisə səbəb olub. Bunlara Xəzər Boru Kəmərinə hücum və ardınca aparılan bərpa işləri, həmçinin “Tengiz” neft yatağında transformatorların yanması daxildir:

“İqtisadi inkişaf planına görə göstərici 100,5 milyon ton idi. Amma ötən ilin sonu - bu ilin əvvəlində baş verən hadisələr səbəbindən hasilatın 96-98 milyon ton civarında olacağını düşünürəm”.