BAKI, 10 mart. TELEQRAF

Türkmənistan Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş “Sosial-İqtisadi İnkişaf Proqramı” və “Türkmənistanın 2026-cı il üçün İnvestisiya Proqramı” üzrə ölkənin neft-qaz sektoru da daxil olmaqla, iri layihələrin həyata keçirilməsi üçün prioritet vəzifələr müəyyən edilib.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan KİV məlumat yayıb.

Sənədlərə əsasən, 2026-cı ildə Türkmənistanın neft-qaz sənayesi Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəməri layihəsinin bir hissəsi olan Sərhətabat-Herat boru kəmərinin tikintisinə xüsusi diqqət yetirəcək.

“Qalxınış” qaz yatağında istehsal quyularının qazılması da davam etdiriləcək. Bundan əlavə, ölkədə yeni neft-qaz yataqlarının aşkarlanması və ehtiyatlarının artırılması üçün kəşfiyyat və dərin quyuların qazılması planlaşdırılır.