BAKI, 16 fevral. TELEQRAF

Türkmənistan 2025-ci ildə 76.527,1 milyon kubmetr təbii qaz, 8 382 300 ton neft hasil edib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Dövlət Statistika Komitəsi məlumat yayıb.

Həmçinin qeyd edilib ki, 2024-cü illə müqayisədə dizel yanacağı istehsalı 9,8%, benzin istehsalı 6,2%, kerosin istehsalı 5,4%, neft bitumu istehsalı 26,4%, maye qaz istehsalı isə 5,2% artıb.