“Rusiya xarici siyasətində əsas diqqəti post-sovet məkanına, MDB, Avrasiya İqtisadi Birliyi və KTMT-yə yönəldib”.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Hər bir tərəfdaş ölkə ilə prezidentlər və baş nazirlərin razılaşmalarına əsaslanaraq beynəlxalq arena, BMT və digər təşkilatlar çərçivəsində ticari-iqtisadi və investisiya sahələrində, elmi əməkdaşlıq üzrə konkret planlar, birgə fəaliyyətlər hazırlayırıq. Xüsusi diqqət MDB, Avrasiya İqtisadi Birliyi və KTMT-yə, ümumilikdə post-sovet məkanına yönəldilib”, - o bildirib.
Lavrov iddia edib ki, bu gündəlik fəaliyyət uzunmüddətli planlara əsaslanır, həm Rusiya, həm də tərəfdaşları üçün birbaşa qarşılıqlı fayda gətirir.