BAKI, 19 yanvar. TELEQRAF
Beynəlxalq “Tengizchevroil” şirkəti yanvarın 18-də baş verən yanğından sonra Qazaxıstanın “Tengiz” və “Korolevskoye” yataqlarında neft hasilatını dayandırıb.
Teleqraf xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən TASS-a məlumat verilib.
“Tengizchevroil” şirkəti ehtiyat tədbiri olaraq “Tengiz” və “Korolevskoye” yataqlarında istehsalı müvəqqəti olaraq dayandırdığını təsdiqləyir. Bu qərar istehsal müəssisələrində bəzi enerji paylama sistemlərinə təsir edən fövqəladə vəziyyət səbəbindən qəbul edilib. Xəsarət alan olmayıb və personalın təhlükəsizliyi şirkətin əsas prioriteti olaraq qalır”, - açıqlamada bildirilir.