BAKI, 13 yanvar. TELEQRAF

Qazaxıstanın “Kazmortransflot” şirkəti tərəfindən icarəyə götürülmüş “Matilda” tankeri Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) obyekti yaxınlığında PUA hücumuna məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstanın “KazMunayGas” neft-qaz şirkətinin mətbuat xidməti məlumat yayıb.

“Matilda” gəmisi “Kazmortransflot” tərəfindən icarəyə götürülüb. Tankerin yanvarın 18-də Xəzər Boru Kəməri Konsorsiumunun terminalında Qazaxıstan neftini yükləməsi planlaşdırılırdı. Amma ayın 13-də tankerə PUA hücumu edilib. Hücum nəticəsində partlayış baş versə də, yanğın qeydə alınmayıb.