BAKI, 13 yanvar. TELEQRAF
Yanvarın 22-də Aşqabadda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə təşkil edilən “Dəyişən İqlimdə Sağlamlıq və Qidalanma” adlı beynəlxalq konfrans keçiriləcək .
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan KİV məlumat yayıb.
Forumda kənd təsərrüfatı və qida sistemlərini iqlim risklərindən qorumaq üçün tədbirləri müzakirə etmək məqsədilə mütəxəssislər və dövlət rəsmiləri bir araya gələcək. Konfrans Böyük Britaniya və Braziliyada keçirilən tədbirlərdə olunan beynəlxalq təşəbbüslərə əsaslanacaq.
Əsas mövzu insan, heyvan, bitki və ətraf mühit sağlamlığının qarşılıqlı əlaqəsini araşdıran “Vahid Sağlamlıq” konsepsiyası olacaq. İştirakçılar qida təhlükəsizliyi, təchizat zəncirinin dayanıqlığı və ekstremal hava şəraitinə uyğunlaşma məsələlərini müzakirə edəcəklər.