BAKI, 5 yanvar. TELEQRAF

Qırğızıstan Prezidenti Sadır Japarov haqqında “Prezident” adlı sənədli film çəkilib.

Teleqraf xəbər verir ki, bu barədə qırğız jurnalist və rejissor Aybek Biybosunov məlumat verib.

Filmdə Sadır Japarovla bağlı son 4-5 ilin əsas siyasi hadisələrinə ətraflı toxunulub, əvvəllər ictimaiyyətə açıqlanmayan məlumatlar yer alıb.

Aybek Biybosunov əlavə edib ki, filmdə Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyevə də yer verilib.

Sənədli film dörd bölümdən ibarətdir.