BAKI, 30 dekabr. TELEQRAF

“Avrasiya İqtisadi Birliyi (AİB) və Müstəqil Dövlətlət Birliyi (MDB) rəqib deyil, bu inteqrasiya birlikləri bir-birini tamamlayır və gücləndirir”.

Teleqraf xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev bildirib.

Onun sözlərinə görə, MDB siyasət və təhlükəsizlikdən tutmuş iqtisadiyyat, mədəniyyət və humanitar əlaqələrə qədər bütün məsələlər üzrə dialoq və çoxtərəfli əməkdaşlıq üçün geniş platformadır:

“Son 35 ildə möhkəm hüquqi çərçivə və qarşılıqlı fəaliyyət üçün zəruri mexanizmlər yaratmışıq. Bu səbəbdən də haqlı olaraq “inteqrasiya laboratoriyası” hesab olunuruq, bu da sonradan daha dərin inteqrasiya üçün əsas oldu”.

Lebedev qeyd edib ki, AİB də belə bir dərin inteqrasiyanın nəticəsidir, amma bu qurum daha çox iqtisadiyyata yönəlib:

“MDB maneəsiz ticarət mühitinin yaradılması və rəqəmsallaşma da daxil olmaqla, AİB-in uğurlu təcrübəsini diqqətlə öyrənir”, - o əlavə edib.

Lebedev bunun müəyyən bir plana əsaslanan qarşılıqlı və sistemli bir proses olduğunu vurğulayıb.