BAKI, 24 oktyabr. TELEQRAF

““Turan Tovuz”un hədəfi dəyişməyib. Hədəf çempionluğa oynamaqdır. Əlbəttə ki, bu yolda sonadək komandanın yanındayam”.

Bunu Teleqraf-a açıqlamasında “Turan Tovuz”un prezidenti Ehtiram Quliyev deyib.

Klub rəhbəri səfərdə “Neftçi” ilə 1:1 hesablı heç-heçə etdikləri qarşılaşma barədə təəssüratlarını bölüşüb:

“Gözəl, maraqlı oyun oldu. Çempionatımızda belə maraqlı görüşlər keçirildikcə yarışın səviyyəsi də yüksələcək. Komandamız da yaxşı oynadı. Bu gün xal itirdik, amma neyləmək olar, bu, futboldur”.

Qeyd edək ki, bir müddət əvvəl Ehtiram Quliyevin “Turan Tovuz”dan ayrılacağı ilə bağlı iddialar yayılmışdı. Hazırda Tovuz təmsilçisi 15 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.