BAKI, 24 oktyabr. TELEQRAF
“Rəqib azlıqda qalana qədər də üstün tərəf idik. Çoxsaylı epizodlar yaratdıq, amma onlardan yararlana bilmədik. Üzücü məqam odur ki, qələbə qazana bilmədik”.
Teleqraf xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının IX turunda səfərdə “Neftçi” ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis qarşılaşma barədə fikirlərini bölüşüb:
“Paltardəyişmə otağında futbolçularıma cəhdlərinə görə təşəkkür etdim. Biz əvvəldən də üstün tərəf idik. Lakin təəssüf ki, qələbə qazana bilmədik. Bütün komanda olaraq səhv etdik və xal itirdik.
Buraxdığımız qolda bütün komandanın səhvi var idi”.