BAKI, 22 dekabr. TELEQRAF

Kabildə Qırğızıstanın nəqliyyat və kommunikasiya nazirinin müavini Almaz Turqunbayev və Əfqanıstanın nəqliyyat və mülki aviasiya nazirinin müavini Əbdül Heydəri arasında görüş keçirilib.

Teleqraf xəbər verir ki, tərəflər nəqliyyat sahəsində əməkdaşlığın inkişafı və beynəlxalq yükdaşımalarının genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Qırğızıstan tərəfi görüşdə 2026-cı il üçün 1000 icazə formasının mübadiləsini təklif edib və bu təklif dəstəklənib.

Əfqanıstan da öz növbəsində ikitərəfli tranzit müqaviləsinin bağlanmasını təklif edib. Yüklərin təhlükəsizliyi məsələsi və Qırğızıstanın Əfqanıstandan İran və Pakistana tranzit marşrutlarında marağı da vurğulanıb.