BAKI, 17 dekabr. TELEQRAF

Nurlanbek Turqunbek-ulu yenidən Joqorku Keneşin (Qırğızıstan parlamenti) sədri seçilib.

Teleqraf xəbər verir ki, parlamentin 84 üzvü onun seçilməsinə səs verib, 3-cü isə əleyhinə çıxıb.

Nurlanbek Turqunbek-ulu VIII çağırışın birinci iclasında seçilib. O, 2022-ci ildən parlamentinin sədri vəzifəsindədir.

Xatırladaq ki, Qırğızıstanda növbədənkənar parlament seçkiləri noyabrın 30-da keçirilib.