BAKI, 1 dekabr. TELEQRAF
Türkmənistan Mərkəzi Bankı dekabrın 1-dən etibarən 200 manatlıq əskinasları dövriyyəyə buraxıb.
Teleqraf xəbər verir ki, əskinas polimer (plastik) materialdan hazırlanıb.
Ön tərəfdə Arkadağ abidəsi, arxa tərəfdə isə Arkadağ şəhər rəhbərliyinin inzibati binası təsvir edilib.
Həmçinin, nominal dəyəri 1, 5 və 10 manat olan polimer əskinaslar dövriyyəyə buraxılıb. Bu əskinasların rəngi və dizaynı qorunub saxlanılıb, amma Türkmənistan hökumətinin 2025-ci ili Beynəlxalq Sülh və Etibar İli kimi təyin etdiyini göstərən emblem əlavə olunub.
Türkmənistan Mərkəzi Asiyada plastik pulları dövriyyəyə buraxan ilk ölkədir. Eyni zamanda, əvvəlki kağız pullar Türkmənistanda qanuni ödəniş vasitəsi olaraq qalır.