BAKI, 1 dekabr. TELEQRAF

Rəsmi Kiyev Qazaxıstan Xarici İşlər Nazirliyinin Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturuna hücumla bağlı etirazını nəzərə aldığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Ukrayna Qazaxıstan Respublikasının Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturu ilə bağlı narahatlığını nəzərə alıb”, - açıqlamada deyilib.

XİN qeyd edib ki, Ukrayna tərəfinin addımları Qazaxıstana qarşı yönəlməyib.

Noyabrın 29-da Novorossiysk (Rusiya) yaxınlığında yerləşən dəniz terminalındakı qurğulardan biri PUA hücumuna məruz qalıb və ciddi zədələnib. Qazaxıstan tərəfinin məlumatına görə, hücumdan sonra həmin qurğunun istismarı mümkün deyil.

Noyabrın 30-da Qazaxıstan XİN etirazını bildirib və KBK infrastrukturuna hücumu Astana və Kiyev münasibətlərinə ziyan vuran addım kimi qiymətləndirdiyini qeyd edib.