BAKI, 25 noyabr. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla regional və beynəlxalq gündəliyin aktual problemlərinə dair danışıqlar aparıb.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan lideri görüşdən sonra keçirilən brifinqdə bildirib.

“Regional və qlobal miqyasda sabitlik, təhlükəsizlik və davamlı inkişafın təmin edilməsi üçün Türkmənistan tərəfi ilə sıx əməkdaşlıq etməyə hazırıq. Məşvərətçi görüşlərin keçirilməsi, eləcə də Xəzər dənizinin problemləri ilə bağlı əməkdaşlığın qurulması çox aktualdır. Qazaxıstan Türkmənistanın Aşqabadın təşəbbüsü ilə elan edilmiş Beynəlxalq Sülh və Etimad İli çərçivəsində keçirdiyi tədbirləri yüksək qiymətləndirir”, - dövlət başçısı bildirib.