BAKI, 24 oktyabr. TELEQRAF

Rusiya və Qazaxıstanın paytaxtları Moskva ilə Almatı şəhərləri arasında birbaşa dəmir yolu əlaqəsi bərpa edilib.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan KİV məlumat yayıb.

Moskva-Almatı-Moskva marşrutu üzrə hər gün birbaşa qatarlar hərəkət edəcək və səyahət müddətinin təxminən 3,5 gün olacağı gözlənilir.

İlk qatar oktyabrın 26-da Qazaxıstan şəhərindən paytaxtından yola düşəcək.

Qeyd edək ki, iki şəhər arasında birbaşa marşrut xətti 2017-ci ildə dayandırılmışdı.