BAKI, 10 oktyabr. TELEQRAF
MDB ölkələrinin dövlət başçıları 2030-cu ilə qədər hərbi əməkdaşlıq konsepsiyasını təsdiqləyiblər.
Teleqraf xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Həmçinin MDB liderləri 2026-2028-ci illər üçün terrorizmlə mübarizə sahəsində əməkdaşlığı təsdiqləyiblər.
Qeyd edək ki, bu gün Tacikistanın paytaxtı Düşənbədə MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçirilib. Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.