BAKI, 4 oktyabr. TELEQRAF
2024-cü ildə Qırğızıstanla Türkiyə arasında ticarət dövriyyəsi 5 faiz artaraq 1,546 milyard dollara çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Qırğızıstandakı səfirliyi məlumat yayıb.
2025-ci ilin ilk yeddi ayı üçün bu rəqəm 829 milyon dollar olub. İki ölkə prezidentləri ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağı qarşıya məqsəd qoyublar.