BAKI, 1 oktyabr. TELEQRAF

Qazaxıstanın Almatı vilayətində iki Atom Elektrik Stansiyasının (AES) tikintisi planlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Atom Enerjisi Agentliyinin sədri Almasadam Satkaliyev bildirib.

“Atom Sənayesi üzrə Dövlət Komissiyasının iclası keçirilib, iclasda Qazaxıstanda ilk AES-in tikintisi üçün ikinci perspektivli sahə müəyyən edilib. Birinci AES-in yeri Almatı vilayətinin Jambil rayonunda seçilib. İkinci stansiya da ölkənin cənubunda yerləşəcək”, - qurumun rəhbəri bildirib.

O qeyd edib ki, hazırda stansiyanın tikintisi üçün yüksək potensiala malik şirkətlərlə danışıqlar aparılır.

Qeyd edək ki, Qazaxıstanın ilk AES-nin adı ilə bağlı keçirilən müsabiqədə 20 mindən çox təklif verilib.