BAKI, 29 sentyabr. TELEQRAF

Qırğızıstan Miqrasiya Agentliyi ilə Cənubi Koreyanın Kyonsanqnam-do əyaləti arasında E-7 ixtisaslı işçi vizası üzrə əməkdaşlıq sazişi imzalanıb.

Teleqraf xəbər verir ki, bununla özbəkistanlı gənclər regional viza əsasında vilayətin əsas sənaye sahələrində yüksək ixtisaslı mütəxəssis kimi öz bilik və təcrübələrini daha da təkmilləşdirəcəklər.

Kyonqsanqnam-do əyalətinin qubernatoru Park Van Su bildirib ki, bu, Koreya əyalətinin tarixində əcnəbi işçi qəbulu ilə bağlı ilk sənəddir.

Həmçinin tərəflər arasında E-8 mövsümi işçi vizası ilə bağlı fikir mübadiləsi aparılıb və gələcəkdə bu sahədə müsbət layihələrin həyata keçirilməsinə dair razılıq əldə olunub.

E-7 xüsusi təyin olunmuş fəaliyyətlər vizası – müəyyən sahələr və peşələr üzrə təcrübə səviyyəsi olan əcnəbilərə verilən peşəkar iş vizasıdır.

E-8 mövsümi içi vizası – əcnəbiləri kənd təsərrüfatı və balıqçılıq sektorlarında mövsümi işə cəlb etmək üçün verilən müvəqqəti vizadır.