BAKI, 26 sentyabr. TELEQRAF

Qırğızıstan xarici işlər naziri Jenbek Kulubayev Nyu-Yorkda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib.

Teleqraf xəbər verir ki, iclas Azərbaycanın sədrliyi ilə keçirilib.

Tədbir zamanı qurumun gündəliyində duran aktual məsələlər müzakirə edilib, şuranın gələcək institusional inkişafına yönəlmiş bir sıra sənədlər qəbul olunub.

Qırğızıstan nümayəndə heyətinin rəhbəri Kulubayev öz çıxışında bu qurumu mövcud qlobal transformasiyalar və çağırışlar kontekstində çoxtərəfli dialoq və əməkdaşlıq üçün mühüm platforma kimi qeyd edib və Qırğızıstanın qarşılıqlı hörmət, etimad və kollektiv təhlükəsizlik prinsiplərinə sadiqliyini bir daha təsdiqləyib.

Qırğızıstan konsensus əsasında yuxarıda qeyd olunan sənədləri dəstəkləyib və quruma üzv dövlətlər arasında sabit və etibarlı münasibətlərin daha da möhkəmləndirilməsində fəal iştirak etməyə hazır olduğunu təsdiqləyib.

Qırğızıstan xarici işlər naziri Asiyada çoxtərəfli əməkdaşlığı gücləndirməyə çağırıb.