BAKI, 6 sentyabr. TELEQRAF

Almatı Prokurorluğu Qazaxıstan xarici işlər naziri Murat Nurtleunun saxlanması ilə bağlı xəbərlər dərc edən “Orda” portalının baş redaktoruna xəbərdarlıq edib.

Teleqraf xəbər verir ki, qurum onun Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə 3 ildən 8 ilədək azadlıqdan məhrum edilə biləcəyini açıqlayıb.

Sentyabrın 4-də “Orda” portalı Nurtleunun, eləcə də Milli Təhlükəsizlik Komitəsinin bir sıra əməkdaşlarının və iş adamı Hacı Hacıyevin saxlanıldığını iddia edib.

Məlumatı Qazaxıstan Xarici İşlər Nazirliyi rəsmən təkzib edib və bunu jurnalist etikasının pozulması kimi qiymətləndirib.