BAKI, 5 sentyabr. TELEQRAF

Məşhur amerikalı aktyor Stiven Siqal özünü rus hesab etdiyini bildirib.

Teleqraf xəbər verir ki, o, Şərq İqtisadi Forumunun plenar iclasından sonra jurnalistlərin Rusiya ilə ABŞ arasında dialoqla bağlı suallarını cavablandırıb.

“Mən ABŞ ilə işləmirəm. Mən rusam”, - Siqal müvafiq suala cavabında deyib.

Xatırladaq ki, Rusiya vətəndaşlığı olan aktyor Rusiya Xarici İşlər Nazirliyinin Rusiya və ABŞ arasında humanitar əlaqələr üzrə xüsusi nümayəndəsidir.