
BAKI, 23 iyun. TELEQRAF
Çin BMT Təhlükəsizlik Şurasının Rusiya, Çin və Pakistan tərəfindən təqdim edilmiş İranla bağlı qətnamə layihəsini dəstəkləyəcəyinə ümid edir.
Teleqraf xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi brifinqdə bildirib.
“Çin ümid edir ki, Təhlükəsizlik Şurasının üzvləri bu qətnamə layihəsini dəstəkləyəcək və bu qurumun beynəlxalq sülh və təhlükəsizliyin təminində real rolunu təşviq edəcəklər”, – deyə diplomat vurğulayıb.
Çin tərəfi qeyd edib ki, sözügedən qətnamə bölgədə gərginliyin azaldılmasına və diplomatik həll yollarının təşviqinə yönəlib.