BAKI, 17 iyun. TELEQRAF

Çin sədri Si Cinpin İsrailin İrana qarşı hərbi əməliyyatlarından narahat olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Çin dövlət mediası məlumat yayıb.

Məlumata görə, Si Cinpin Qazaxıstanda Özbəkistan prezidenti ilə görüşü zamanı bildirib:

"İsrailin İrana qarşı hərbi əməliyyata başlaması Yaxın Şərqdə gərginliyin qəfil artmasına səbəb olub. Çin bu vəziyyətdən dərin narahatlıq keçirir".

O həmçinin vurğulayıb: "Biz digər ölkələrin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zidd olan hər hansı hərəkətə qarşıyıq".

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarından İranın hərbi-strateji nöqtələrinə və nüvə müəssisələrinə zərbələr endirməyə başlayıb. Hava əməliyyatları nəticəsində İran ordusunun ali rütbəli hərbçiləri həlak olub. İran isə iyunun 14-dən etibarən İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirir. Hər iki tərəfdən ölənlər və yaralananlar var.