BAKI, 29 may. TELEQRAF
"İstanbul Rusiya və Ukrayna arasında danışıqların əsas məkanına çevrilir".
Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.
“İstanbul bütün sahələrdə - Qara dəniz, Qara dəniz sazişi, Taxıl sazişi, indi isə Rusiya-Ukrayna üzrə danışıqların aparılması üçün əsas platformaya çevrilir”, - qurum rəhbəri bildirib.
Sergey Şoyqu Rusiya-Ukrayna danışıqlarının aparılması üçün İstanbul platformasını təmin etdiyinə görə Türkiyə rəhbərliyinə təşəkkür edib:
“Ankara nümayəndə heyətlərinin işinə görə optimal şərait yaratmaq üçün təhlükəsizliyin təminatı da daxil olmaqla xeyli səy göstərib”.