BAKI, 22 mart. TELEQRAF

Çin Ukraynada potensial sülhməramlı missiyada iştirak etməyi düşünür.

Teleqraf xəbər verir ki, bu barədə “Welt Am Sonntag” diplomatik mənbələrə istinadla məlumat yayıb.

Nəşr yazır ki, Çin diplomatları Brüsseldə Avropanın bu addıma reaksiyasını yoxlamaq üçün qeyri-rəsmi məsləhətləşmələr aparıblar.

Mənbələr belə bir addımın sülhməramlı missiyanı Rusiya üçün daha məqbul edə biləcəyini deyirlər.

“Çinin sülhməramlı koalisiyaya daxil olması Rusiyanın Ukraynada sülhməramlı qüvvələrin yerləşdirilməsinə razılığını potensial olaraq gücləndirə bilər. Hər halda məsələ çox incədir”, - məlumatda qeyd olunur.