
BAKI, 7 mart. TELEQRAF
“Tayvanın müstəqilliyi” BMT-nin nüfuzuna və İkinci Dünya müharibəsindən sonrakı beynəlxalq nizama açıq-aşkar zərbədir. Çin adanı materiklə yenidən birləşdirmək üçün hər şeyi edəcək.
Teleqraf xəbər verir ki, bunu Çin xarici işlər naziri Van Yi deyib.
“Tayvan Çin ərazisinin ayrılmaz hissəsidir. Bu, tarix və reallıqdır”, - nazir bildirib.
Yi qeyd edib ki, İkinci Dünya müharibəsindən sonra bir sıra beynəlxalq bəyannamələrdə qalib gələn böyük dövlətlər Tayvanın Yaponiyanın çinlilərdən oğurlamağa çalışdığı və Çinə qaytarılmalı olan ərazi olduğunu açıq şəkildə bəyan ediblər.
“Çin yenidən birləşməni həyata keçirəcək və bu, qaçılmazdır”, - Çin xarici işlər naziri vurğulayıb.