
BAKI, 17 fevral. TELEQRAF
Rejissor Edvard Bergerin "Konklav" filmi "İlin ən yaxşı filmi" nominasiyasında Britaniya Akademiyası Kino Mükafatını (BAFTA) qazanıb.
Teleqraf xəbər verir ki, mərasim "YouTube"da yayımlanıb.
Film daha üç nominasiyada qalib olub: "Ən yaxşı Britaniya filmi", "Ən yaxşı adaptasiya ssenarisi" və "Ən yaxşı montaj".
"Konklav" yeni Papa seçmək cəhdlərindən bəhs edən siyasi filmdir.