
BAKI, 15 fevral. TELEQRAF
Buenos-Ayresdə Andrey Tarkovski Film Həftəsi açılıb.
Teleqraf Rusiya mediasına istinmadən xəbər verir ki, nümayişlərə bütün biletlər əvvəldən satılıb.
Fevralın 23-dək Tarkovskinin bərpa edilmiş yeddi tammetrajlı filminin hamısı nümayiş etdiriləcək. Biletlər satışların açıldığı üçüncü gündəcə bitib.
Filmlərin hamısı Argentinada artıq böyük ekranda nümayiş etdirilib, lakin indi tamaşaçılar bərpa olunmuş versiyaları ilk dəfə görəcəklər.
Tədbir təşkilatçılarından olan Silvana Yarmolyuk deyib: "Onun filmləri həmişə böyük uğurla nümayiş olunur. Tarkovskini audiovizual sənətlə məşğul olan bütün insanlar tanıyır".