Xalq artisti Fəxrəddin Manafovun Rusiyada çəkildiyi “Aktyor” serialı 5 ildən sonra efirə çıxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Actors Agency of Azerbaijan”ın direktoru Səbuhi Məmmədov məlumat verib.

“Fəxrəddin Manafovla işbirliyimiz 2017 -ci ildə çəkilən və nəhayət, 2023-cü ildə premyerası baş tutan Sreda Studio (Rusiya) istehsalı olan "Aktyor" televiziya serialı 1-ci Kanalda nümayiş olunur.

Fəxrəddin müəllimlə və rusiyalı həmkarlarla işləmək də, 5 il sonra premyeranı izləmək də xoş oldu.

Bu serialda digər bir istedadlı aktyorumuz Səmimi Fərhad da çəkilib. Ümid edirəm, gələcəkdə onunla da işbirliyimiz olacaq. Aktyorlarımızı təbrik edir və uğurlar arzu edirəm”.