BAKI, 19 noyabr. TELEQRAF

Krım körpüsünün təmiri zamanı yarımadadan Rusiyaya gəmilərdə yanacaq daşınması qadağan edilib.

Teleqraf xəbər verir ki, bu barədə Krım rəhbərliyinin nümayəndəsi Olqa Kurlaeva bildirib.

16, 17 və 18 noyabr tarixlərində Ukrayna Silahlı Qüvvələri Krım körpüsünə dronla hücum edərək struktur ziyanına səbəb olub. Körpüdə nəqliyyatın hərəkəti bir neçə dəfə dayandırılıb və bərpa olunub. Hazırda nəqliyyat vasitəsi kimi, əsasən sərnişin gəmilərindən istifadə olunur.

Bu gəmilərdə benzin, dizel və ya yanacaq dolu qabların daşınması qadağandır.