BAKI, 20 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin liderlərini Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlara çağırıb.
Teleqraf xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb “Yle” telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, Tramp “Air Force One” prezident təyyarəsindən zəng edərək Avropa liderlərinə Putinlə birbaşa əlaqə saxlamağı tövsiyə edib.
“Tramp bizə Putinlə birbaşa əlaqə qurmağı məsləhət gördü. Müəyyən mərhələdə avropalıların Putinlə görüşməsi yaxşı olardı”, – Stubb bildirib.
Qeyd edək ki, oktyabrın 27-də Stubb və Norveçin Baş naziri Yonas Qar Störe Putinlə telefon danışığı aparıblar.
Tərəflər Ukraynadakı vəziyyəti, Baltik regionu və Şimali Avropanın təhlükəsizliyini, həmçinin Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların bərpasını müzakirə ediblər.