BAKI, 20 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Polşanın Baş naziri Donald Tuskun Rusiya Prezidenti Vladimir Putini dostu adlandırmasına görə narazılığına münasibət bildirib.
Teleqraf xəbər verir ki, Tramp Polşa hökumət başçısının bu reaksiyası ilə bağlı heç nə edə bilməyəcəyini deyib.
ABŞ Prezidenti bu barədə “Foks Nyus” telekanalının jurnalisti Aişa Hasni ilə telefon danışığında bildirib. Jurnalist söhbətin təfərrüatlarını “X” sosial şəbəkəsində paylaşıb.
Tuskun reaksiyası ilə bağlı suala cavabında Tramp belə deyib: “Bununla bağlı heç nə edə bilmərəm”.