BAKI, 20 noyabr. TELEQRAF

İtaliyanın Genuya şəhərində yerləşən hava limanı naməlum pilotsuz uçuş aparatlarının (PUA) görünməsi ehtimalı səbəbindən fəaliyyətini müvəqqəti dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə “Genova24” nəşri məlumat yayıb.

Bildirilib ki, hava limanı ətrafında naməlum dronların müşahidə oluna biləcəyi barədə məlumat daxil olduqdan sonra təhlükəsizlik protokolu işə salınıb və bütün uçuşlar dayandırılıb.

Təxminən iki saat sonra müvafiq qurumların icazəsi ilə hava limanının fəaliyyəti bərpa edilib.

Nəşrin məlumatına görə, bu, İtaliyada naməlum dron təhlükəsi səbəbindən hava limanının fəaliyyətinin dayandırılması ilə bağlı ilk hadisədir.

Qeyd olunur ki, belə hallarda uçuşların məhdudlaşdırılması üçün hava limanı ərazisində pilotsuz uçuş aparatının olması barədə vizual şübhə kifayət edir.