BAKI, 4 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Amerikanın heç vaxt kommunist ölkəsinə çevrilməyəcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, ABŞ-nin Müstəqillik Günü münasibətilə çıxışında danışıb.

Tramp ölkədə “kommunizm təhlükəsinin yenidən dirçəlməsi” kimi xarakterizə etdiyi vəziyyət barədə xəbərdarlıq edib:

“Hazırda ölkəmizdə kommunizm təhlükəsinin yenidən baş qaldırdığını görürük. Bu təhlükə, o cümlədən Amerikaya yeni gələn, bizim həyat tərzimizə, böyük uğurlarımıza tamamilə zidd olan ideyaları dəstəkləyən şəxslərdən qaynaqlanır”.

Prezident kommunizmi “Amerikanın azadlığı üçün ölümcül təhlükə”, “terrorizm”, “müstəqilliyin və Konstitusiyanın düşməni” adlandırıb.

“Amerika heç vaxt kommunist ölkə olmayacaq. Siz ya Karl Marksa, ya da Amerikaya sadiq ola bilərsiniz. Ya kommunist ola bilərsiniz, ya da vətənpərvər. Eyni anda ikisi olmaq mümkünsüzdür”, - Tramp əlavə edib.